“Təcrübə ilə güclənən təhsil” layihəsinin açılış mərasimi baş tutub

27 Noyabr, 2025 - 09:57

Noyabrın 21-də lX qrant layihədə uğur qazanan ingilis dili müəllimi Nuranə Xanmədovanın "Təcrübə ilə güclənən təhsil – siniflərdə yeni baxış" adlı qrant layihənin açılış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əliyev, İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Mehrinur Qurbanova, Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Aybəniz Hüseynzadə, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Komitəsinin Salyan rayonu üzrə sədri Aynur Əsgərova, müavini Təranə Səmədova pedaqoji kollektiv və şagirdlər iştirak ediblər.