“Firidun bəy Köçərli” mükafatı Hikmət Əlizadəyə təqdim edilib
Bu gün “Firidun bəy Köçərli” mükafatı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadəyə təqdim edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, professor Hikmət Əlizadə mükafata təhsilin ictimai sferada təbliği və keyfiyyətinin yüksəldilməsinə yönəlik analitik yanaşmalarına görə layiq görülüb.
Mükafat AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı tərəfindən təqdim olunub.
Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata bu il Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, “ADA” Universitetinin professoru Fariz İsmayılzadə, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə, DİM-in departament müdiri Natiq Əliyev, Qarabağ Universitetinin müəllimi Arzu Şükürova, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri, Bakı şəhəri 144 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru İlahə Həmidova və Şamaxı rayonu Dağ Göylər kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Quliyeva layiq görülüblər.




