Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının nəticələri bu tarixdə açıqlanacaq
Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsinin nəticələrinin 8 iyun 2026-cı il tarixində elan olunması nəzərdə tutulur.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, iştirakçılar final mərhələsinin nəticələrini 8 iyun tarixindən etibarən portal.edu.az platformasında təqdim olunan QR kod vasitəsilə şəxsi kabinetlərindən, həmçinin təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə biləcəklər.



