Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 İyun, 2025 - 16:47
Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib
Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

31 may 2025-ci il tarixində keçirilmiş Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun nəticələri elan edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, şagirdlər öz nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə olimpiadası 5-ci sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində office@arti.edu.az elektron poçtu vasitəsilə qəbul edilir.

Kitabçalar:

Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası (Azərbaycan bölməsi)

Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası (rus bölməsi)