Magistratura üzrə sınaq imtahanının yekun balı bu tarixdə açıqlanacaq
Yanvarın 18-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib.
DİM-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında və Naxçıvanda 4 saylı məktəbdə təşkil olunub. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 493 nəfər qeydiyyatdan keçib.
İmtahanda ümumilikdə 441 nəfər iştirak edib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqda və ya imtahanı yekunlaşdırdıqda nəticələrlə (esse qiymətləri istisna olmaqla) tanış olmaq imkanına malik olublar.
Yanvarın 19-da – gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə iştirakçıların nəticələri DİM-in saytına da yerləşdiriləcək.
Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 2 həftə ərzində təqdim olunacaq.



