Mayın 11-də keçirilmiş imtahanların nəticələri elan olunub
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 11 may 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan olunub.
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Şagird və abituriyentlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələr DİM-in saytında yerləşdirilib.



