MDU-da Gənclər Günü münasibətilə voleybol turniri keçirilib

2 Fevral, 2026 - 16:23
MDU-da Gənclər Günü münasibətilə voleybol turniri keçirilib

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı, Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Kür Olimpiya Tədris İdman Mərkəzində idman və həmrəylik ruhunda tədbir keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbir çərçivəsində universitet əməkdaşları üçün səhər yeməyi təşkil edilib. Səmimi və xoş ovqatda keçən görüşdə Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova çıxış edərək universitetin rektoru Anar Eminovun 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə əməkdaşlara ünvanladığı təbrik mesajını səsləndirib, gənclərin ölkənin ictimai, elmi və sosial həyatındakı rolunu xüsusi vurğulayıb.

Görüş zamanı universitetin ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc əməkdaşa MDU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Tədbir daha sonra Kür Olimpiya Tədris İdman Mərkəzinin idman zalında davam etdirilib. Öncədən qeydiyyatdan keçmiş universitet əməkdaşlarından ibarət komandalar arasında voleybol turniri keçirilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan turnirin yekununda “Birlik” komandası I yerə, “Şimşək” komandası II yerə, “Marvel” komandası isə III yerə layiq görülüb.

Qalib komandalar diplom və kuboklarla təltif olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin və universitet əməkdaşlarının sağlam həyat tərzinə təşviqi, kollektiv ruhunun gücləndirilməsi və Azərbaycan Gəncləri Gününün əlamətdar şəkildə qeyd olunması olub.