“Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində mediatur təşkil olunub

6 Fevral, 2026 - 14:38
“Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində mediatur təşkil olunub

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Kəpəz FM radiosu və Kəpəz Televiziya və Radiosuna mediatur təşkil edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, mediaturda iştirak edən gənclər televiziya və radio sahəsinin gündəlik fəaliyyəti, efir siyasəti, redaksiya planlaşdırması və verilişlərin hazırlanma prosesi ilə yaxından tanış olublar. İştirakçılara xəbərin hazırlanmasında məlumat mənbələrinin yoxlanılması, dəqiqlik və balans prinsipləri, həmçinin informasiya yayımında hüquqi məsuliyyət və media etikası ilə bağlı praktik yanaşmalar təqdim olunub.

Görüş zamanı gənclərə informasiya cəmiyyətində medianın rolu, sosial şəbəkələrdə kontent paylaşımı zamanı diqqət edilməli hüquqi və etik məqamlar, düzgün və məsuliyyətli media istifadəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində layihə iştirakçıları “Kəpəz” Müstəqil Teleradio Şirkətində olub. Burada baş direktorun yaradıcılıq üzrə müavini Firuzə Əliyeva və texniki direktor Ruslan Əliyev tərəfindən televiziya və radio yayımının yaradıcı və texniki mərhələləri barədə təqdimat keçirilib. Təqdimat zamanı canlı yayımın təşkili, verilişin ssenari quruluşu, montaj prosesi, səs və görüntü texnologiyaları, studiya iş prinsipi, radio efirinin texniki təminatı, televiziya istehsal zənciri və yayıma hazırlıq mərhələləri iştirakçıların diqqətinə çatdırılıb.

Mediaturun praktiki hissəsində gənclər studiya mühitində işin təşkili, avadanlıqlardan istifadə qaydaları, jurnalistin və redaktorun funksiyaları, həmçinin efirdə məsuliyyətli dil və üslubun seçilməsi ilə bağlı nümunələrlə tanış olublar. Müzakirələr zamanı müəllif hüquqları, informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması, dezinformasiya riskləri və ictimai maraq anlayışı kimi mövzulara da toxunulub, gənclərin sualları cavablandırılıb.

Mediaturun sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Bu mərhələ ilə “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi uğurla yekunlaşdırılıb.

Qeyd edək ki, Vaqif Fətullayevin rəhbəri olduğu layihə gənclərin hüquqi savadlılığının artırılmasına, mediada düzgün və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasına, informasiya təhlükəsizliyi və hüquqi mübarizə bacarıqlarının inkişaf etdirilməsinə mühüm töhfə verməyə yönəlib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində icra olunaraq gənclərin media və hüquq sahəsində biliklərinin gücləndirilməsinə, daha şüurlu informasiya istehlakçısı və məsuliyyətli kontent istehsalçısı kimi formalaşmasına xidmət edib.