Məktəb avtobusları necə olmalıdır? – AÇIQLAMA

3 Fevral, 2025 - 16:40
Məktəb avtobusları necə olmalıdır? – AÇIQLAMA
Məktəb avtobusları necə olmalıdır? – AÇIQLAMA

“Şagirdlərin daşınması üçün nəzərdə tutulmuş avtobuslarda hər bir şagird üçün oturacaq olmalıdır”.

Bunu “Azərbaycan müəllimi”nə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı danışarkən “Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev bildirib. 

“Məktəb avtobusları”nın yaradılması prosesində dövlət-özəl tərəfdaşlığı haqqında danışarkən bildirib ki, şirkət şagirdlərin daşınması ilə bağlı təcrübəyə malik deyil: ““Məktəb avtobusları” layihəsinə gəlincə bununla bağlı bizə hər hansı müraciət edilməyib və şagirdlərin daşınması ilə bağlı təcrübəyə malik deyilik. Bildirmək istəyirəm ki, şagirdlərin daşınması üçün nəzərdə tutulmuş avtobuslarda hər bir şagird üçün oturacaq olmalıdır. İstismarımızda olan marşrut xətləri üzrə xidmət göstərən avtobuslar isə şəhərdaxili daşımalar üçün nəzərdə tutulub və nəqliyyat vasitələrinin salonu daha çox ayaq üstə duran sərnişinlərin tutumuna hesablanıb”.

N.Rzayev onu da qeyd edib ki, avtobus parkında olan nəqliyyat vasitələri məktəblilərin, xüsusilə də azyaşlıların daşınmasına uyğun deyil. Gələcəkdə bu istiqamətdə addımlar atmaq olar. Bunlar bazar şərtlərindən və sosial çağırışlardan asılı olacaq.