Məktəbdəki hücuma görə Qəhrəmanmaraşda dərslər iki gün dayandırıldı

16 Aprel, 2026 - 10:23
Məktəbdəki hücuma görə Qəhrəmanmaraşda dərslər iki gün dayandırıldı

Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentdən sonra tədrisə müvəqqəti fasilə verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Onikişubat rayonunda yerləşən orta məktəbdə baş verən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəni törədən şəxsin həmin məktəbin şagirdi olduğu və silahı evdən gətirdiyi qeyd olunur. Rəsmi şəxslər hücumun fərdi xarakter daşıdığını bildiriblər.

Baş verən hadisə ilə əlaqədar Qəhrəmanmaraşda bütün məktəblərdə tədris prosesi iki gün müddətinə (16-17 aprel) dayandırılıb.