Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

20 Fevral, 2026 - 11:35
Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas prinsiplərini diqqətə çatdırmaq, Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaq, dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaqdan ibarətdir.

Tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə ana dilinin qorunması və zənginləşdirilməsi məsələlərinin həmişə önəmli yer tutduğu qeyd olunub.

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.