Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil – Nazir

24 İyun, 2025 - 11:53
Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil – Nazir
Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil – Nazir

“Məktəbli formalarının dəyişdirilməsi müzakirə mövzusu deyil”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir əlavə edib ki, müvafiq qaydalarla tənzimlənən nümunəvi məktəbli formaları mövcuddur: 

“Bu qaydaların dəyişdirilməsi gündəmdə deyil. Ayrı-ayrı məktəblər bu formaları öz təşəbbüsləri ilə müəyyən qədər dəyişmək hüququna malikdirlər. Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər.

Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur”.