Məktəblilər üçün robototexnika yarışları keçiriləcək

21 Yanvar, 2026 - 17:13
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək

Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə məktəblilər arasında "VEX Robotics" yarışlarının respublika turnirləri təşkil olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, yaradıcı düşüncə, problem həll etmə və komanda işini inkişaf etdirən, şagirdlərin peşə hazırlığına dəstək verən yarışlar fevral ayında keçiriləcək.  

Bakı Avropa Liseyində fevralın 7-də 14–17 yaşlı məktəblilər üçün “VEX V5 Robotics Competition”, fevralın 8-də isə 10–15 yaşlı məktəblilər üçün “VEX IQ Competition” təşkil olunacaq.

Yarışda iştirak etmək istəyənlər 30 yanvar 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi STEAM Azərbaycanın rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir: 
https://www.steam.edu.az/az/mentor/registration

Yenilənmiş qaydalarla tanış olmaq mütləqdir: https://we.tl/t-lmUgBWxLTy

Qeyd edək ki, yarışların qalibləri ABŞ-nin Missouri ştatının St. Louis şəhərində keçiriləcək "VEX Robotics" üzrə dünya çempionatında iştirak hüququ qazanacaqlar. 

Məktəblilər üçün robototexnika yarışları keçiriləcək
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək
Məktəblilər üçün robototexnika yarışları keçiriləcək