Məktəblilərimiz Avropa Riyaziyyat Kubokunda uğurla çıxış ediblər
Avropa Riyaziyyat Kuboku qitənin riyaziyyat sahəsi üzrə məktəblilər arasında keçirilən mötəbər elm yarışlarındandır. Yuxarı və aşağı yaş qrupu üzrə virtual formatda keçirilən, 35 ölkənin iştirak etdiyi yarışda məktəblilərimiz uğurla çıxış ediblər.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.
Yuxarı yaş qrupu üzrə:
3-cü yer
Fərhad İskəndər, Bakı şəhəri 287 saylı “Zəkalar” liseyinin 10-cu sinif şagirdi
Hüseyn Zeynalov, Türkiyə Dəyanət vəqfi Bakı Türk liseyinin 10-cu sinif şagirdi
Həvəsləndirici mükafat
Turan Musayev, Şəki şəhər kimya-biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi
Aşağı yaş qrupu üzrə:
2-ci yer
Alikamal Həsən, Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc İstedadlar” liseyinin 9-cu sinif şagirdi
3-cü yer
Eldar İsmayılov, Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi
Ləman Nəbiyeva, Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi
Mikayıl Şirinov, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi
Xəzər Həsənli, Türkiyə Dəyanət vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi
Həvəsləndirici mükafat
Ayxan Abbaslı, Bakı şəhəri Humanitar fənlər təmayüllü liseyin 10-cu sinif şagirdi
Zeynəb Umudlu, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi
Tural Müseyibzadə, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
Aytac Hacıyeva, Türk Dünyası Atatürk liseyinin 10-cu sinif şagirdi


