Məktəblilərimiz beynəlxalq olimpiadada 3 medal qazanıblar

20 İyul, 2026 - 13:03
Məktəblilərimiz beynəlxalq olimpiadada 3 medal qazanıblar

Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş və bürünc medallar qazanıblar.

"Azərbaycan müəllimi" xəbər verir ki, iyulun 10-dan 19-dək Özbəkistanın Daşkənd şəhərində keçirilən olimpiadada 90-dan çox ölkəni təmsil edən 350-dən çox şagird yarışıb.

Medal qazanan şagirdlərimiz:

Gümüş medal:
Yaqub Baratlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi.

Bürünc medallar:
Elman Kərimli – Bakı Dövlət Univeristetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi;
Qurban Piriyev – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi.

Məktəblilərimiz beynəlxalq olimpiadada 3 medal qazanıblar