Məktəblilərin monitorinq həyəcanı - FOTOLAR
Bu gün IV siniflərin ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinqi keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu il monitorinqlərdə bir sıra yeniliklər tətbiq olunacaq. İlk dəfə olaraq şagirdlərə üzərində onların adı, UTİS kodu, aid olduqları təhsil müəssisəsinin UTİS kodu və monitorinq mərkəzinin kodu qeyd edilmiş fərdiləşdirilmiş cavab kartları təqdim ediləcək. Həmçinin monitorinq tapşırıqlarına ilk dəfə açıq tipli suallar daxil ediləcək.
Qeyd edək ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi, eləcə də tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edir.



