Məktəblilərin Respublika İdman Olimpiadasında 2000-dən çox şagird yarışacaq

18 İyun, 2026 - 15:50
Məktəblilərin Respublika İdman Olimpiadasında 2000-dən çox şagird yarışacaq

Ölkədə ilk dəfə keçiriləcək Məktəblilərin Respublika İdman Olimpiadasında 2019 məktəbli iştirak edəcək.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiada müxtəlif idman növləri üzrə məktəbliləri bir araya gətirəcək.

Olimpiadada iştirak edəcək məktəblilər 11-16 yaş aralığını əhatə edir. Yarışlar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə təşkil olunacaq.

Layihənin əsas məqsədi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və istedadlı idmançıların üzə çıxarılmasına dəstək verməkdir.