Mərkəzi Aran bölgəsinin 5000-dən çox şagirdi fənn olimpiadalarına qatılıb 

23 Dekabr, 2024 - 10:20

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki 13 mərkəz üzrə ümumilikdə 5278 şagird respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak edib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, dekabrın 22-də 2024-2025-ci tədris ili üçün olimpiadaların rayon (şəhər) mərhələsi təşkil olunub. 

Fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8, 9, 10 və 11-ci sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, biologiya, informatika, fizika və kimya fənləri üzrə xüsusi istedada malik olan şagirdləri aşkarlamaq, onların bilik və bacarıqlarını qiymətləndirmək, məktəblilərin həmin fənlərə olan maraqlarını artırmaq məqsədilə hər tədris ilində bir dəfə olmaqla keçirilir.