Metodistlər bu müəllimlər arasından seçiləcək 

17 İyun, 2025 - 14:40
Metodistlər bu müəllimlər arasından seçiləcək 
Metodistlər bu müəllimlər arasından seçiləcək 

“Metodistlərin seçimi sertifikatlaşdırmadan keçmiş müəllimlər arasından aparılacaq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, hazırda metodist müəllimlərə böyük ehtiyac var: “Düşünürük ki, sertifikasiya imtahanından sonra bu seçimləri aparmaq bizim üçün daha asan olacaq”.