Mil-Muğan regionu üzrə 9 yeni peşə təmayüllü sinif açılıb

11 Dekabr, 2024 - 12:05

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil müəssisələrində bu il yeni açılmış peşə təmayüllü siniflərin sayı açıqlanıb.

İdarədən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, cari tədris ilində 9 məktəbin 9 sinfi peşə yönümlü təşkil olunub.

Bu siniflərdə ümumilikdə 143 şagird təhsil alır.

Qeyd edək ki, 10 və 11-ci sinifləri əhatə edən layihə çərçivəsində təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər də keçirlər.