Mil-Muğan regionunun 10 mindən çox şagirdinə rəqəmsal bacarıqlar öyrədilir
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 24 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir.
İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, layihə Beyləqan rayonu üzrə 3, İmişli rayonu üzrə 4, Saatlı rayonu üzrə 6, Sabirabad rayonu üzrə 11 müəssisədə həyata keçirilir.
“Rəqəmsal bacarıqlar”ın öyrədildiyi məktəblərdə 486 sinif üzrə 10451 nəfər şagird layihədən yararlanır.
Layihənin məqsədi şagirdlərdə alqoritmik düşüncə formalaşdırmaq, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarını öyrətməkdir.
Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.


