“Milli-mənəvi dəyərlərin qorunması” mövzusunda tədbir keçirilib

3 Dekabr, 2025 - 13:39

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin nümayəndələrinin iştirakı ilə Qaradağ rayonunun Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli-mənəvi dəyərlərin qorunması” mövzusunda tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Aygün Hüseynova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, milli-mənəvi dəyərlərin xalqımızın müqəddəs mirası olduğunu və onların qorunmasının hər bir azərbaycanlının mənəvi borcu sayıldığını vurğulayıb.

Tədbirdə ADNSU-nun Humanitar fənlər kafedrasının dosentləri - Yaşar Əhmədov, Vəfa Hüseynzadə və Ruslan Abdullayev mövzu ilə bağlı ətraflı çıxışlar edərək şagirdlərlə maraqlı müzakirələr aparıblar və onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin bədii hissəsi məktəbin aşağı sinif şagirdlərinin çıxışları ilə yadda qalıb. Sonda fəal şagirdlərə və tədbirin bədii hissəsini hazırlayan müəllimlərə qonaqlar tərəfindən kitablar hədiyyə olunub.