Mingəçevir Dövlət Universitetinin rektoru abituriyentlərlə görüşüb 

18 İyun, 2025 - 12:48

Mingəçevir Dövlət Universiteti (MDU) universitet-məktəb əməkdaşlığı çərçivəsində MDU-nun rektoru Anar Eminov və universitet nümayəndələri Mingəçevir şəhər 17 saylı tam orta məktəbdə şəhərin məktəb və liseyinin yuxarı sinif şagirdləri və onların müəllimləri ilə görüşüb.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Mingəçevir şəhəri üzrə Təhsil sektorunun məsləhətçisi Pərviz Seyfullayev görüşün məqsədi barədə məlumat verərək abituriyentlərə uğurlar arzulayıb.

Giriş nitqindən sonra universitetin tanıtım videoçarxı nümayiş etdirilib.

Sonra MDU-nun rektoru Anar Eminov universitetdə görülən işlər haqqında məlumat verib. O, MDU-nun tədris mühiti, maddi-texniki bazası, beynəlxalq əlaqələri, universitetin sosial-mədəni tədbirləri və tələbələr üçün yaradılan imkanlardan danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, universitetlə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.