MİQ-də 9857 namizəd ödənişdən azad edilib
14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək.
"Azərbaycan müəllim" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.
O bildirib ki, qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28794 namizəd üçün isə 6–9 iyul tarixlərində ödəniş sistemi aktiv olub: "Qeyd edim ki, ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşacaq.
Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.
Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir".




