MİQ imtahanlarının vaxtı açıqlandı
“1-8 iyul tarixlərində müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, MİQ üzrə müsabiqədə sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir:
“Təqdim olunan dəyişikliklərə əsasən müəllimlərin işə qəbulu müsabiqəsində iştirakın ödənişli olması nəzərdə tutulsa da, sosial ədalət və inklüzivlik prinsiplərinin qorunması məqsədilə müəyyən kateqoriyalara münasibətdə ödəniş tətbiq olunmur. Bu yanaşma xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin müsabiqəyə çıxış imkanlarının məhdudlaşmasının qarşısını almağa xidmət edir. Müsabiqədə ilk dəfə iştirak edən şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər üçün iştirak ödəniş nəzərdə tutulmayıb. Bu güzəşt mexanizmi dövlətin sosial yönümlü siyasətinin tərkib hissəsi olmaqla yanaşı, MİQ müsabiqəsində bərabər imkanların təmin edilməsinə, həssas qrupların əmək bazarına inteqrasiyasına və onların təhsil sistemində iştirakının stimullaşdırılmasına şərait yaradır”.
-
Lalə2026/2027 il miq ərizə qəbulu ne vaxtdan başlayacaq?11 gün əvvəlCavablaLike (3)-
MahabbatBashladi uje hamıya ugurlar5 gün əvvəlLike (0)
-
-
fatimeIlk defe miq de istirak edecem musiqi fenni uzre qeydiyyat ne vaxtdir?ilk defe istirak edenler sertifikartlawdirmadan kecmelidirler?zehmet olmasa cavablayin26 gün əvvəlCavablaLike (0) -
Səadət2026- ci ildə keciriləcək MIQ uzrə qeydiyyat prossesi hansı tarixde olacaq?1 ay əvvəlCavablaLike (5) -
JaləAzərbaycan1 ay əvvəlCavablaLike (0) -
ƏminəSalam.Mən ünvanlı dövlət sosial yardımı alıram və özüm isə 2024-cu il də miq de iştirak etmişəm. Mən ödəniş edəcəm,ya yox.Bu barədə məlumat verərdiniz zəhmət olmasa1 ay əvvəlCavablaLike (1) -
LaleQeydiyyatdan nece keçe bilerem?1 ay əvvəlCavablaLike (1)



