MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib

22 Avqust, 2025 - 11:14
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 25 avqust saat 11:00-da başa çatacaq.

Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edilir. 

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib