MRİO-da basketbol üzrə 18 komanda yarışacaq

21 İyun, 2026 - 13:24
MRİO-da basketbol üzrə 18 komanda yarışacaq

Məktəblilərin Respublika İdman Olimpiadasında basketbol yarışları 21–24 iyun tarixlərində Bakı İdman Sarayında baş tutacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2013–2014-cü il təvəllüdlü məktəblilər arasında təşkil olunan yarışlarda 14 oğlan və 4 qız komandası mübarizə aparacaq. 

Oğlan komandaları: Tovuz UGİŞM, UGİM-9, UGİM-10, RİOEUGİM-2, Naxçıvan UGİŞM, Şirvan UGİŞM, Cəlilabad UGİŞM, Cəlilabad UGİM, İOEUGİM-8, Lənkəran UGİŞM, Quba UGİŞM, İOEUGİM-7, Gəncə UGİŞM-1, Mingəçevir UGİŞM.

Qız komandaları: İOEUGİM-8, Gəncə UGİŞM-1, Tovuz UGİŞM, Cəlilabad UGİM.

Qeyd edək ki, oğlanların yarışları olimpiya sistemi, qızların yarışları isə dairəvi sistem əsasında təşkil olunacaq.