Müəllimlərin 3 faizinin dərs yükü 6 saatadəkdir
"Statistikaya görə, 0–6 saat dərs yükü olan müəllimlərin sayı 3487 nəfərdir və onlar ümumi müəllim kontingentinin cəmi 3 faizini təşkil edir. Bu kateqoriyada orta aylıq əməkhaqqı 210 manatdır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.
O bildirib ki, müəllimlərin ən böyük qismi 18–24 saat dərs yükünə malik olan kateqoriyaya daxildir:
“18–24 saat dərs deyən müəllimlərin sayı 38 min 711 nəfərdir. Bu, ümumi müəllimlərin 32 faizidir. Onların orta əməkhaqqı 979 manat təşkil edir”.
Emin Əmrullayev qeyd edib ki, digər kateqoriyalar üzrə də vəziyyət kifayət qədər müxtəlifdir:
“6–12 saat dərs yükü olan müəllimlər 14 min 134 nəfər, 12–18 saat arası dərs deyənlərin sayı isə 24 878 nəfərdir. Bundan əlavə, 24–30 saat dərs yükü olan 22 min 351, 30–36 saat arası dərs deyən isə 17 min 186 müəllim mövcuddur. Bu kateqoriyalarda orta əməkhaqqı 398 manatdan başlayaraq 1589 manata qədər dəyişir".




