Müəllimlərin işə qəbulu üzrə rekord sayda müraciət olub

14 İyun, 2025 - 10:59
Müəllimlərin işə qəbulu üzrə rekord sayda müraciət olub

“2025-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı qeydiyyat prosesi artıq yekunlaşıb. Bu il rekord sayda – 70 minə yaxın namizəd sistemə müraciət edib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə bildirib.

O qeyd edib ki, bu göstərici müəllim peşəsinə olan marağın və cəmiyyət arasında bu sahənin nüfuzunun artmasının bariz ifadəsidir:

“İmtahanın test mərhələsinin iyulun ilk 15 günlüyündə təşkili nəzərdə tutulur. Dəqiq tarixlər və təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Müəllimlərin işə qəbulu üzrə rekord sayda müraciət olub
Müəllimlərin işə qəbulu üzrə rekord sayda müraciət olub