Müəllimlərin sənəd yükü azaldılır – RƏSMİ

15 İyul, 2026 - 15:40
Müəllimlərin sənəd yükü azaldılır

"OCED-in araşdırmasına görə, Azərbaycan müəllimləri süni intellektdən ən çox istifadə edənlərdir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.

“Azərbaycan dünyada birinci yerdə deyil, lakin yuxarı sıralarda qərarlaşıb. Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər. Xüsusilə dərslərin planlaşdırılması və hazırlanması prosesində bu alətlərdən aktiv yararlanırlar”. 

İdarə rəisinin sözlərinə görə, gələn ildən müəllimlərin illik plan və icmal hazırlanması öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur:

“İstəyirik ki, müəllim növbəti ildən etibarən illik planı, icmalı yazmasın. Müəllim vaxtını bu sənədlərin hazırlanmasına deyil, il ərzində hər bir dərsə necə hazırlaşacağına sərf etsin”.