Musiqi müəllimləri üçün sertifikasiya üzrə yeni test nümunələri təqdim olunub – FOTO
Musiqi fənni üzrə sertifikasiyaya hazırlaşan müəllimlər üçün yeni test nümunələri açıqlanıb.
“Azərbaycan müəllimi”nin xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi vebinarda Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi Reyhan Yaqubov bildirib ki, musiqi müəllimləri sertifikasiya imtahanında 6 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verəcəklər.
Sualların bölgüsünə əsasən, iştirakçılar elementar musiqi nəzəriyyəsi üzrə 8, musiqi ədəbiyyatı üzrə 22, alətşünaslıq və ifa üslubları üzrə 4, səs, səs diapazonları və ifa üslubları ilə bağlı 6, üslub və janrlar üzrə 5, xalq musiqisi mövzusunda isə 5 sualı cavablandırmalı olacaqlar.
Qeyd edək ki, 2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Vebinar çərçivəsində müəllimlərə test suallarının nümunələri də təqdim olunub.



