Vüsal Xanlarov: Təhsilini yarımçıq qoyan şəxslərə də arayışlar elektron qaydada veriləcək
“Cari təhsil alanlar barədə məlumatlar artıq mövcuddur, məzunlarla bağlı məlumatların toplanılması isə davam etdirilir. Müəyyən səbəblərdən təhsilini başa vura bilməyən vətəndaşlar da müvafiq informasiya sistemlərində görünür”.
“Azərbaycan müəllimi”nin xəbərinə görə, bu fikirləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, həmin şəxslər müraciət etdikdə natamam təhsillə bağlı arayışlar onlara elektron qaydada təqdim olunacaq.


