Natiq İbrahimov yenidən rektor təyin edildi – SƏRƏNCAM

23 Aprel, 2026 - 17:03
Natiq İbrahimov yenidən rektor təyin edildi

Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, o bu vəzifəyə ilk dəfə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il aprelin 23-də təyin edilib.