Naxçıvan təhsil nazirinin yeni müavini kimdir? – Tərcümeyi-hal

6 Yanvar, 2025 - 16:47
Naxçıvan təhsil nazirinin yeni müavini kimdir? – Tərcümeyi-hal
Naxçıvan təhsil nazirinin yeni müavini kimdir? – Tərcümeyi-hal

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Əli Vəli oğlu Vəliyev Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini təyin olunub.

"Azərbaycan müəllimi"nin məlumatına görə, Əli Vəliyev 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub.

1992-1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Riyaziyyat və informatika hesablama texnikası fakültəsində müəllim ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1997-ci ildə Qıvraq kənd 1 nömrəli orta məktəbdə riyaziyyat müəllimi olaraq başlayıb. 2005-2016-cı illərdə həmin məktəbin direktoru, 2016-2017-ci illərdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2017-2018-ci illərdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini olub, 2019-2022-ci illərdə Kəngərli rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində işləyib.

Qısa müddət Naxçıvan şəhər kimya-biologiya təmayüllü liseyin direktor müavini, 2023-2025-ci illərdə isə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifələrində çalışıb.

2012-ci ildə “Tərəqqi” medalı alıb.

Ailəlidir, 4 övladı var.