Naxçıvana 170 mindən artıq dərslik gətirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 170 mindən artıq dərslik Naxçıvan Muxtar Respublikasına gətirilib.
MR-in Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, yaxın günlərdə dərsliklərin şəhər və rayon təhsil şöbələrinə paylanılması prosesinə başlanılacaq. Proses yekunlaşdıqdan sonra isə təhsil şöbələri tabeliyində olan məktəblərə kitablarını təhvil verəcək.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün bəzi dərsliklərdə məzmun və tərtibat baxımından yenilənmələr aparılıb. Bir neçə adda dərsliklər təkmilləşdirilərək yenidən nəşr olunub.
Yeni dərs ilindən tədris dilindən asılı olmayaraq, ölkənin bütün məktəblərində VI sinif üzrə Azərbaycan tarixi fənni də dövlət dilində tədris olunacaq. Buna müvafiq olaraq həmin dərslik dövlət dilində nəşr olunub.



