Naxçıvanda elm ictimaiyyəti üçün infosessiya keçiriləcək

24 Fevral, 2025 - 17:07
Naxçıvanda elm ictimaiyyəti üçün infosessiya keçiriləcək
Naxçıvanda elm ictimaiyyəti üçün infosessiya keçiriləcək
Naxçıvanda elm ictimaiyyəti üçün infosessiya keçiriləcək

Naxçıvanda elm və ali təhsil ictimaiyyətinə açıq infosessiya keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, fevralın 25-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının elm və ali təhsil ictimaiyyətinə açıq infosessiya keçiriləcək. Tədbirdə iki istiqamət üzrə təqdimat aparılacaq.

Agentliyin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı iştirakçıları elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları, Elmi müəssisələrlə iş şöbəsinin böyük məsləhətçisi Nərminə Abdullayeva isə “Scopus”un süni intellekt alətindən istifadə etməklə tədqiqat bacarıqlarının inkişafı barədə məlumatlandıracaq.

Tarix: 25 fevral 2025-ci il, saat 11:00 

Məkan: Naxçıvan Dövlət Universiteti, Universitet şəhərciyi, Konservatoriya tədris binası, akt zalı

Qeydiyyat linki: https://forms.gle/qRPtfwXBGAbMdZ87A