Naxçıvanda hərbi rəhbərlər ikinci dövriyyə sertifikatlaşdırmaya cəlb olunacaqlar

27 Fevral, 2026 - 14:55
Naxçıvanda hərbi rəhbərlər ikinci dövriyyə sertifikatlaşdırmaya cəlb olunacaqlar

Naxçıvan Muxtar Respublikasında 2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunmuş çağırışaqədərki hazırlıq müəllimləri də 2026-cı ilin aprel-may aylarında sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov məlumat verib.

O bildirib ki, həmçinin pedaqoji ixtisası olan və hər hansı fənn üzrə tədris aparan, eyni zamanda hərbi rəhbər vəzifəsi daşıyan təhsilverənlər tədris etdikləri fənlərdən biri üzrə imtahan verə biləcəklər: “Pedaqoji təhsili olmayan hərbi rəhbərlər isə yalnız çağırışaqədərki hazırlıq fənni fənni üzrə sertifikasiyada iştirak edəcəklər”.