Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Bu gündən Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin II dövriyyəsinin test imtahanları başlayır.
"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanlar bu gün də daxil olmaqla, may ayının 3-ü, 10-u və 11-də keçiriləcək.
Bu gün I seans üzrə alman dili, fransız dili, ingilis dili və rus dili, II seans üzrə isə Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, həmçinin informatika fənləri üzrə test imtahanları keçiriləcək.
3 may tarixində I seansda riyaziyyat, II seansda isə biologiya və kimya fənləri üzrə imtahanlar baş tutacaq.
10 may tarixində I seansda fizika və ibtidai sinif, II seansda isə ibtidai sinif və coğrafiya fənləri üzrə müəllimlər imtahana cəlb olunacaqlar.
11 may tarixində isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya fənləri üzrə test imtahanlarının keçirilməsi nəzərdə tutulub.



