Naxçıvanda müəllimlərin sertifikasiya imtahanının keçirilmə tarixi açıqlanıb

24 Fevral, 2026 - 16:42
Naxçıvanda müəllimlərin sertifikasiya imtahanının keçirilmə tarixi açıqlanıb

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi ilə bağlı imtahanlar 2026-ci ilin aprel və may aylarında keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrü ilə bağlı keçirilən brifinqdə təhsil naziri Elxan Nəcəfov məlumat verib.

Nazir qeyd edib ki, imtahanlar Sertifikatlaşdırma Şurasının qərarı ilə  təşkil olunacaq. 

Qeyd edək ki, imtahanla bağlı daha dəqiq məlumat  -  məkan və saat barədə bildiriş müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.