Nazir: Hazırda ali təhsil haqqında qanunun müzakirəsi gündəmdə deyil

6 Fevral, 2025 - 17:40
Nazir: Hazırda ali təhsil haqqında qanunun müzakirəsi gündəmdə deyil
Nazir: Hazırda ali təhsil haqqında qanunun müzakirəsi gündəmdə deyil

Ali təhsil haqqında qanunun qəbul edilməsi ilə bağlı müzakirə hazırda Milli Məclisin gündəmində deyil. Bu məsələyə gələcəkdə yenidən baxıla bilər, lakin hazırda konkret bir müzakirə aparılmır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib.

"Ali təhsillə bağlı qanunvericilikdə dəyişikliklərin ediləcəyi gözlənilir. Xüsusilə, doktorantura ilə bağlı bəzi təkliflər səsləndirilib, lakin ali təhsil haqqında qanunun qəbul edilməsi ilə bağlı müzakirələrin nə vaxt bərpa olunacağı hələlik bəlli deyil", - deyə nazir bildirib.