Nazir: Müəllim mərkəzli sistemdən şagird mərkəzli sistemə keçməliyik

30 İyun, 2026 - 10:53
Nazir: Müəllim mərkəzli sistemdən şagird mərkəzli sistemə keçməliyik

“Müəllim mərkəzli sistemdən şagird mərkəzli sistemə keçməliyik. İşin əsası şagirdin öyrənməsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, tədrisin keyfiyyətini artırmaq o deməkdir ki, şagird öyrənə bilir: “İşin mahiyyəti uşağın öyrənməsidir. Müəllim yaxşı danışır və şagird öyrənmirsə, deməli, tədrisin keyfiyyəti aşağıdır”.