Nazir: Sənayenin müxtəlif sahələrlə əməkdaşlığına ehtiyac duyulur
"AZSET biznesin sənaye ehtiyaclarını qarşılamaq üçün vacib proqramdır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetində AZSET İnnovativ Bakalavr Proqramı ilə bağlı keçirilən görüşdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bu layihədə əməyi olanlara təşəkkürünü bildirib:
“Bu, çox unikal layihədir. Məncə, Azərbaycan təhsilinin ən çox ehtiyacı olan məqamlarından biri sənayenin, istehsalatın müxtəlif sahələrlə əməkdaşlığıdır. Bu ideya müzakirə olunanda bir neçə istiqamətdə işlər görüldü. Bu proqram ali təhsilin bakalavr pilləsində istedadlı gənclərlə işləyib nailiyyətlər əldə etmək, gənclərin həyatını dəyişmək və biznesin sənaye ehtiyaclarını qarşılamaq, ali təhsil müəssisələrinin inkişafına nail olmaq üçün çox vacibdir. Fürsətdən istifadə edərək AZCON Holdingə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təşəkkürümü bildirirəm".




