Nazir: Tam ştatlı müəllim konsepti ilə bağlı nazirliyin rəsmi açıqlamalarını gözləmək lazımdır 

17 Noyabr, 2025 - 14:31
Nazir: Tam ştatlı müəllim konsepti ilə bağlı nazirliyin rəsmi açıqlamalarını gözləmək lazımdır 

"Tam ştatlı müəllim konsepti üzərində iş gedir".

“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında tam ştatlı müəllim konseptinin hazırda konseptual mərhələdə olduğunu bildirib.

Nazir qeyd edib ki, məqsəd müəllimlərin məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etməsi və əməyin ödənilməsi sisteminin ədalətli qurulmasıdır.

E.Əmrullayev əlavə edib ki, yaxın günlərdə bu barədə geniş ictimai məlumatlandırma aparılacaq.

Nazir bildirib ki, bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın.