Nazir: Tam ştatlı müəllimin maaşı orta əməkhaqqından iki dəfə yüksək olmalıdır
““Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır:
"Eyni zamanda, müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və dəyişdirilməlidir”.
Nazir bildirib ki, bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır: “Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”.
-
BaharÇox düzgün yanaşmadır. Cənab nazir, hər yeni verdiyi qərar məni çox sevindirir.20 gün əvvəlCavablaLike (1) -
Ilham MehtiyevYeniliyi bəyənirəm.Men 65+ yaşlı 51+ balı müəlliməm .Men işlemek isterdim Saat bölgüsü zamanı o qədər ədalətsizlikle qarşılaşmışıq20 gün əvvəlCavablaLike (0) -
ŞovkətSalam.60+yaşinda müəllimin aqibəti necə olacaq. Sertifikasiya imtaninda iştiak etməyənlərin aqibəti necə olacaq. Bu haqda məlumat versəniz yaxşı olardı20 gün əvvəlCavablaLike (0)


