Nazirlikdən Bakı Qızlar Universitetinin əməkdaşları ilə bağlı AÇIQLAMA

3 Avqust, 2026 - 17:30
Nazirlikdən Bakı Qızlar Universitetinin əməkdaşları ilə bağlı

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək.