NDU tələbəsi beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb
Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin II kurs tələbəsi Səma Səfiyeva beynəlxalq səviyyədə uğur əldə edib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, o, NDU-nun Ümumi və nəzəri fizika kafedrasının müəllimi Leyla İbrahimovanın rəhbərliyi ilə “Erudit onlayn” Beynəlxalq Fizika Müsabiqəsində iştirak edərək “Elektrik hadisələri” nominasiyası üzrə I yerə layiq görülüb. Göstərilən yüksək nəticəyə görə I dərəcəli diplom və qızıl medalla təltif edilib.
Bildirilir ki, “Erudit onlayn” Beynəlxalq Fizika Müsabiqəsi müxtəlif ölkələrin tələbələri arasında keçirilən nüfuzlu elmi yarışdır. Müsabiqə iştirakçıların kimya bilikləri və analitik düşünmə bacarıqlarını qiymətləndirməyə yönəlib.



