Neftçalada yeni məktəb binası istifadəyə verilib

15 Sentyabr, 2026 - 16:38
Neftçalada yeni məktəb binası istifadəyə verilib

Neftçala rayonunda şəhid Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni tədris binasının açılış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, mərasimdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, müasir memarlıq layihələri əsasında inşa edilən bu təhsil ocağı öz funksionallığı və estetik görünüşü baxımından şəhərin simasına xüsusi rəng qatır. Bu cür layihələr dövlətin həm təhsilə, həm də şəhərlərimizin müasir standartlara uyğun şəkildə yenidən qurulmasına verdiyi yüksək önəmin bariz nümunəsidir. 

Qeyd edək ki, yeni istifadəyə verilən məktəbdə 68 müəllimin çalışması, 751 şagirdin təhsil alması, həmçinin 44 uşağın məktəbəhazırlıq qrupuna və 12 uşağın icma əsaslı qrupa cəlb olunması nəzərdə tutulub. Müasir təlim şəraiti ilə təmin olunan təhsil müəssisəsində fizika, kimya, biologiya, texnologiya və digər fənn kabinetləri, idman zalı, hərbi otaq və açıq idman meydançası ilə yanaşı, 432 yerlik böyük akt zalı da şagirdlərin ixtiyarına verilib. Bundan başqa məktəbdə yaradılan 4 rəqəmsal bacarıqlar otağı ümumilikdə 535 şagirdi əhatə edəcək.