Şirvan-Salyan bölgəsinin 26 təhsil müəssisəsində cari təmir işləri aparılır

4 Avqust, 2026 - 13:40
Şirvan-Salyan bölgəsinin 26 təhsil müəssisəsində cari təmir işləri aparılır

2026–2027-ci tədris ilinə hazırlıq çərçivəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra təhsil müəssisələrində cari təmir işləri davam etdirilir.

Regional idarədən "Azərbaycan müəllimi"nin  sorğusuna cavab olaraq bildirilib ki, hazırda ümumilikdə 26 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılır.

Görülən işlər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və şagirdlərin daha rahat təhsil alması üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.

Məktəbəqədər təhsil müəssisələrində əsasən dam örtüklərinin dəyişdirilməsi və sanitar qovşaqlarının təmiri həyata keçirilir. Ümumtəhsil müəssisələrində isə sanitar qovşaqlarının yenilənməsi, daxili bəzək işlərinin görülməsi, eləcə də dam örtüklərinin dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.