Neftçalanın kənd məktəbi RFM-in yarımfinalında 11 şagirdlə təmsil olunacaq 

13 Aprel, 2026 - 09:50
Neftçalanın kənd məktəbi RFM-in yarımfinalında 11 şagirdlə təmsil olunacaq 

Neftçala rayonunun kənd məktəblərindən biri Respublika fənn müsabiqələrinin 
(RFM) rayon mərhələsində fərqlənib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Neftçala rayonu Ə. Səmədov adına Qırmızıkənd tam orta ümumtəhsil məktəbi RFM-in növbəti mərhələsində 11 şagirdlə təmsil olunacaq.

Qeyd edək ki, Şirvan-Salyan regionu üzrə 486 şagird RFM və Lütfi Zadə olimpiadasının yarımfinalına vəsiqə qazanıb.