Şirvan-Salyan üzrə 298 məzun fərqlənmə attestatı alıb

17 Avqust, 2026 - 17:26
Şirvan-Salyan üzrə 298 məzun fərqlənmə attestatı alıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 298 məzunu 2025–2026-cı tədris ilində təhsilini fərqlənmə attestatı ilə başa vurub.

"Azərbaycan müəllimi" xəbər verir ki, onlardan 99-u  tam orta, 199-u  isə ümumi orta təhsil səviyyələri üzrə fərqlənmə attestatına layiq görülüb.

Məlumat üçün bildirək ki, fərqlənmə attestatı təhsil müddətində bütün fənlər üzrə attestata yazılan illik (yekun) qiymətləri “5” olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayanlara verilir.

Məzunlara fərqlənmə attestatının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri elektron formada təqdim olunur. 2026-cı il məzunları attestatlarını artıq "mygov" platforması vasitəsilə əldə edə bilirlər.